3 mart 2012 00:47
Derbidə İnter qələbə qazanacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Premyer Liqanın 22-ci turunun “Bakı” – “İnter” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi aşağıdakı kimidi.
Belə ki, respondentlərin 28 faizi paytaxt derbisinin “Bakı”nın qələbəsiylə başa çatacağını düşünür.
“İnter”in qələbə qazanacağına inananlar daha çoxdu. Belə ki, qonaqların qələbə şansını yüksək dəyərləndirənlər 46 faiz təşkil edirlər.
Yerdə qalan 26 faiz oxucumuz isə derbinin heç-heçə bitəcəyini proqnozlaşdırır.
