4 mart 2012 18:27
“0:6 hesabı ilə məğlub olmağımızın əsas səbəblərindən biri budu”
17 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığmaları arasında bu gün keçirilmiş yoldaşlıq oyunundan sonra gürcülərin baş məşqçisi Geronti Naçxediya matçla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, komandasının 0:6 hesabıyla uduzduğu oyunu belə şərh edib:
“Fiziki hazırlığımızın zəif olması nəticəyə təsirini göstərdi. Böyükhesablı məğlubiyyətimizin əsas səbəblərindən biri budu. Bu oyunlar bir daha onu göstərdi ki, öz üzərimizdə hələ çox çalışmalıyıq”.
