4 mart 2012 18:32
“Komandanın vəziyyətini yoxlamaq üçün bu oyunlar vacib idi”
17 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığmaları arasında bu gün keçirilmiş yoldaşlıq oyunundan sonra millimizin baş məşqçisi Sissi Rayt matçla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, komandamızın 6:0 hesabıyla qələbə qazandığı oyunu belə şərh edib:
“Avropa çempionatının seçmə mərhələsindən sonra komandanın vəziyyətini yoxlamaq üçün bu oyunlar vacib idi. Ola bilər ki, bizimlə müqayisədə rəqib çox zəif görünürdü, amma bizim üçün əsas olan öz oyunumuzu göstərmək idi. Bu qələbələr qızlarda özünəinam hissinin güclənməsinə kömək edəcək”.
