4 mart 2012 19:01
Chelsea baş məşqçisini qovdu
İngiltərə Premyer Liqasında uğursuz çıxışını davam etdirib, gələn mövsüm Çempionlar Liqasına qatılmamaq təhlükəsi ilə üzləşən “Chelsea”də gözlənilən dəyişiklik baş verib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi baş məşqçi Andre Villaş-Boaşı istefaya göndərib.
Klubdan verilən açıqlamada bildirilir ki, gənc mütəxəssis komandanın uğursuz çıxışı səbəbindən istefaya göndərildiyi bildirilir.
“Chelsea” rəhbərliyi həmçinin mövsümün sonuna qədər komandaya Roberto Di Matteonun rəhbərlik edəcəyini açıqlayıb. İngiltərə mətbuatı isə “Liverpool”un sabiq baş məşqçisi, hazırda “İnter”ə başçılıq edən Rafael Benitesin “Chelsea”nin yeni baş məşqçisi olacağını iddia edir. Hətta onun “Birmingem”lə Federasiya Kuboku matçında komandanın başında olacağı deyilir.
Qeyd edək ki, 34 yaşlı Villaş-Boaş 2010-2011-ci illərdə “Porto”nu çalışdırıb və 2011-ci ildə Avropa Liqasının qalibi olub.
