4 mart 2012 11:37

“20 ildi qovulmaq təhlükəsi altında işləyirəm”

“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 22-ci turunun “İnter”lə oyunundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “İnter”lə görüşü “Bakı”nın bu mövsümdəki ən yaxşı oyunu saymaq olar?
- Elvin Məmmədovun meydandan qovulmasına qədərki oyunu mən də belə adlandırardım. Bizim futbolçulardan tələb etdiklərimizin hamısını görə bilirdik. Ağıllı, sürətli, güclü oyun sərgiləyirdik. Ola bilər ki, hücumların tamamlanmasında heç də hər şey ideal deyildi. Amma burda rəqib müdafiəsinin və qapıçısının da xidmətlərini xüsusi qeyd etmək lazımdı.
 
- Qələbə həm sizin, həm də komandanızın əhvalını yaxşılaşdırmış kimi görünür...
- Əlbəttə, ilk növbədə futbolçulara minnətdaram ki, vaxtında toparlanıb, vəziyyətə nəzarət edə bildilər. Ümidvaram ki, bizim kimi, klub rəhbərliyinin və azarkeşlərimizin də əhvalı düzəlib.
 
- “Qarabağ”a 0:3 hesablı məğlubiyyətdən sonra hər şeyi belə necə dəyişə bildiniz?
- Mənim ilk cavabım futboldu. Futbolda hər şey olur. Çempionatda yaranan fasiləyə “Simurq” üzərində qələbə ilə çıxmışdıq. Həmin qələbə atmosferi bir qədər yaxşılaşdırmışdı. Bu üzdən fasilə dövründə “İnter”lə oyuna daha xoş əhvalla və yaxşı hazırlaşa bildik.
 
- Siz ispaniyalı hücumçu Kokedən razısız? Onun transferi çox səs-küylü alınsa da, öz oyunu ilə bunu hələ ki, təsdiqləyə bilmir...
- Çempionat güclüdü, tanınmış futbolçular çoxdu. Belə olan halda ona daha yaxşı forma yığmaq lazımdı. “Bakı”ya gələnə kimi bu futbolçu bir ay məşq etməyib. Amma indi artıq onun intellekti və texnikası hiss olunmaqdadı. O, hələ mövsümün qalan dövründə bizə kömək edəcək.
 
- Qış olmasına baxmayaraq, siz gödəkçədəsiz. Ehtiyat oyunçular skamyasında sizə belə soyuq olmurmu?
- Belə oyunlar zamanı soyuq ola bilməz.
 
- Qarşıda sizi daha bir ev oyunu gözləyir...
- O haqda bir qədər sonra danışarıq. İndi baxmaq lazımdı ki, kimlər vərəqə alıb, zədələnib, kimlər oynaya biləcək, kimlər yox.
 
- Yeri gəlmişkən, siz “Simurq” və “İnter” üzərində qələbələri istefa təhlükəsi altında qazandınız. Belə çıxır ki, komandanızı uğurlu nəticə üçün mütləq belə sıxışdırmaq lazımdı?
- Mən artıq 20 ildi qovulmaq təhlükəsi altında işləyirəm. Məşqçinin taleyi belədi. Ola bilər ki, ilk 10 il ərzində “Skonto”da bu, o qədər də hiss olunmurdu. Baxmayaraq ki, orda da ağır vəziyyət idi. Məşqçi oyundan oyuna yaşamalıdı. Maksimum mövsümdən mövsümə.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.