4 mart 2012 11:58

26-cı darmadağınla gələn rekord

Premyer Liqanın 22-ci turunda “Rəvan”ı 4:0 hesabı ilə darmadağın edən “Qəbələ” təsnifat mərhələsinin son oyunlarından asılı olmayaraq ilk altılıqda yerini təmin edib. Azerisport.az xəbər verir ki, bu qələbə həm də klub tarixinin rekordu ilə əlamətdar olub.
 
Belə ki, Fatih Kavlakın yetirmələri Premyer Liqada ardıcıl 3-cü qələbəsini qazanıb. 2006/07 mövsümündən güclülər sırasında olan klub elitada bundan yüksək göstəriciyə nail olmayıb. İndiyədək 4 dəfə də 3 oyunluq qələbə seriyasına malik “Qəbələ” 2007/08, 2009/10 və 2 dəfə 2010/11 mövsümündə imza atdığı rekordunu təkrarlayıb. Xatırladaq ki, “Rəvan” üzərində 4:0 hesablı qələbəyədək komanda 20-ci turda “Simurq”u 1:0, 21-ci turda “Xəzər Lənkəran”ı 2:1 hesabı ilə yenmişdi. Lakin “Rəvan”la görüş təkcə bununla deyil, başqa yubiley, ilk və rekordlarla da zəngin olub.
 
- “Qəbələ” “Rəvan”ı 4:0 hesabı ilə məğlub edərək tarixində 26-cı böyük hesablı qələbəni qazanıb. Cari mövsümdə çempionatda 1-ci dəfə belə uğur əldə edən komanda yalnız Azərbaycan kubokunda fərqli qələbəyə sevinmişdi.
 
- Bunların 11-i birinci dəstə, 4-ü ölkə kuboku, 11-i isə Premyer Liqada qeydə alınıb. Komanda son dəfə çempionatda 321 gün əvvəl “Simurq”la oyunda ən azı 3 top fərqilə qalib gəlmişdi. Səfərdəki son darmadağın da elə həmin – 2010/11 mövsümünə təsadüf etmişdi. 455 gün əvvəl MOİK darmadağın edilmişdi. 4 top fərqilə son qələbə isə MOİK-lə oyundan 1 həftə əvvəl “Simurq”la görüşdə qeydə alınmışdı.
 
- “Qəbələ” 11-ci dəfə səfərdə böyük hesabla qalib gəlib. Bunların 4-ü birinci dəstə, 2-si kuboka təsadüf etmişdisə 5-ci dəfə Premyer Liqa səfəri darmadağınla əlamətdar oldu.
 
- “Qəbələ”nin həm Premyer Liqadakı ümumilikdə, həm də səfərdəki ən böyük hesablı qələbəsi “Gənclərbirliyi” üzərində olub. 2007/08 mövsümündə Sumqayıtda qonaqlar 6:0 hesabı ilə qalib gəliblər. Klub tarixində ən böyük qələbə isə birinci dəstədə olub – 8:0.
 
- “Rəvan” üzərindəki qələbə klubun Premyer Liqa tarixində 60-cı, cari çempionatda 10-cu, bu mövsüm səfərdə qazanılan 5-ci qələbə oldu.
 
- Premyer Liqa tarixində 80-ci səfər matçına çıxan “Qəbələnin qollarının da yubiley əhəmiyyəti oldu.
 
- Viktor Mendinin qarşılaşmada vurduğu ilk qol “Qəbələ”nin tarixi ərzində 280-cı, səfərdə 120-ci qolu oldu. Deon Bartonun görüşdəki son qolu isə Premyer Liqada 170, səfərdə 80-ci, cari çempionatda 25-ci qoldur.
 
- Komandada qol hesabını açan Yannik Kamanan “Qəbələ”nin tarixində qol vuran 68-ci futbolçu oldu. O, bunu Premyer Liqada bacaran 49-cu oyunçudur.
 
- Komandanın baş məşqçisi Fatih Kavlak 10-cu dəfə “Qəbələ”ni rəsmi matça çıxardı. Bunların 9-u çempionat, 1-i kuboka təsadüf edib. Bu qarşılaşmalarda onun yetirmələri 7 qələbə qazanıb və 2 heç-heçə edib.
 
- Ötən il noyabrın 26-da səfərdə “Bakı”ya 1:2 hesabı ilə uduzan Fatih Kavlakın yetirmələri məğlubiyyətsiz oyunlar sayını 8-ə çatdırıb. Yenilməzliyini 98 günə çatdıran “Qəbələ” uduzmadığı 8 oyunda 6 qələbə qazanıb və 2 heç-heçə edib. Bu matçlardakı top fərqi 14:2-dir. Bu matçların 7-sı çempionatda qeydə alınıb. Xatırladaq ki, komandanın Premyer Liqada ən uzun məğlubiyyətsiz seriyası 12 oyundan ibarətdir və ötən mövsüm gerçəkləşib.
 
- Komandanın matçdakı son qolunu vuran Deon Barton klub tarixində 14-cü dəfə rəqib qapısına yol tapdı. “Qəbələ”nin ümumi bombardirləri siyahısında 3-cü yerin sahibi olan hücumçu Kənan Kərimovdan 4, Rövşən Əhmədovdan 6 qol geri qalır. Lakin bütün qollarını çempionatda vuran Deon klubunun Premyer Liqadakı ən yaxşı bombardiridir. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.