4 mart 2012 13:04
“Buna nail olmaq üçün hər oyuna final matçı kimi çıxacağıq”
Premyer Liqanın 22-ci turunda “Rəvan” üzərində qələbənin memarlarından olan “Qəbələ”nin yarımmüdafiəçisi Dodo artıq diqqətlərini “Kəpəz”lə qarşılaşmaya yönəltdiklərini deyir. Azerisport.az xəbər verir ki, o, matçdan sonra bunları bildirib:
“Komandamız matça sürətli başladı və layiqli qələbə qazandı. Kollektiv olaraq çox məmnunuq. Altılığa belə böyükhesablı qələbə ilə vəsiqə qazanmaq gözəl oldu. Artıq “Kəpəz”lə oyuna köklənmişik. Qələbə seriyamızı davam etdirmək istəyirik. Hədəfimiz məlumdu – Avropaya vəsiqə qazanmalıyıq. Bu nəticəyə çatmaq üçün hər oyuna final matçı kimi çıxacağıq. Bizi güclü rəqiblərlə mübarizə gözləyir. Qarşımıza qoyulan tapşırığın öhdəsindən gələcəyimizə inanıram”.
