4 mart 2012 18:14
Amit Quluzadə oynadı, komandası qələbə qazandı (YENİLƏNİB)
Futbol üzrə Türkiyənin Bank Asya birinci liqasında 24-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi “Erciyesspor” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası evdə “İstanbul Güngörenspor” ilə qarşılaşıb. Kayseri klubu doğma meydan amilindən yararlanıb, növbəti qələbəsini qazanmalıydı ki, bunu da bacarıb.
Son oyunlarda az forma geyən Amitin bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Futbolçumuz 73-cü dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, Kayseri klubu hazırda 36 xalla 6-cı pillədə qərarlaşıb. “İstanbul Güngörenspor” çempionatın aşkar autsayderidi və 11 xalla turnir cədvəlinin sonuncu – 18-ci pilləsində gedir.
Türkiyə Bank Asya birinci liqası
24-cü tur
4 mart
Erciyesspor - İstanbul Güngörenspor - 2:0
Qollar: Gökhan Kaba, 11, Sofiane Hanni, 81.
