5 mart 2012 13:50
Xəzər Lənkərandan 47-ci darmadağın
Premyer Liqanın 22-ci turunda “Sumqayıt”ın qonağı olan “Xəzər Lənkəran” 3:0 hesabı ilə qalib gələrək növbəti böyük hesablı qələbəsini qazandı. Azerisport.az xəbər verir ki, son 5 qarşılaşmada 3-cü dəfə darmadağına sevinən komanda tarixində 47-ci, daxili yarışlarda isə 46-cı dəfə belə uğur əldə edib.
17-ci turda “Kəpəz”, 18-ci turda “Bakı”nı böyük hesabla yenən Cüneyt Biçerin yetirmələri cari mövsümdə kubok da nəzərə alınmaqla 5-ci dəfə rəqibini darmadağın edib. Bu isə son 3 mövsüm üçün rekord göstəricidi.
Ümumilikdə isə “Xəzər Lənkəran”ın tarixində ölkə çempionatında 35, kubokda 11 belə qələbə var. Premyer Liqada çıxış etdiyi 8 mövsüm ərzində “Xəzər Lənkəran” hər çempionatda ən azı 1 dəfə buna nail olub.
2004/05 – 8
2005/06 – 1
2006/07 – 6
2007/08 – 5
2008/09 – 5
2009/10 - 4
2010/11 – 2
2011/12 - 4
Cəmi - 35
Azərbaycan kubokunda isə 2004/05, 2009/10 və 2010/11 mövsümlərində darmadağın sevinci yaşanmayıb.
2005/06 – 2
2006/07 – 3
2007/08 – 3
2008/09 – 2
2011/12 – 1
Cəmi – 11
Komandanın daha bir darmadağını 2008-ci ildə keçirilən “Birlik kuboku”nda qeydə alınıb. Həmin vaxt Litva çempionu “Kaunas” darmadağın edilib – 3:0.
Sumqayıtdakı oyunadək 25 rəqibini böyük hesabla məğlub edən “Xəzər Lənkəran” tarixində ilk dəfə “Sumqayıt”ı da belə yenilgiyə məruz qoydu. Bununla da sözügedən komanda qarşısında aciz qalanların sayı 26-ya çatdı.
“Gənclərbirliyi” – 6
“Bakı”, “Bakılı”, MOİK, “Muğan”, “Qəbələ” - 3
AZAL, “Qarabağ”, “Masallı”, “Şahdağ”, “Şərur”, “Turan” - 2
ABN, “Ədliyyə”, “Göyəzən”, “Karat”, “İnter-2”, “Karvan”, “Kəpəz”, “MKT-Araz”, “Qaradağ-Lökbatan”, “Şəmkir”, “Simurq”, “Standard”, “Sumqayıt”, “Kaunas” (Litva) – 1
“Xəzər Lənkəran”ın baş məşqçisi postunda 3-cü dəfə böyük hesablı qələbənin sevincini yaşayan Biçer bununla da sələflərindən olmuş İqor Ponomaryova çatdı.
1. Ağasəlim Mircavadov - 22 (çempionatda 16 + kubokda 5 + “Birlik kuboku”nda 1)
2. Rasim Kara – 12 (10+2)
3. Mirça Rednik – 4 (3+1)
4. İqor Ponomaryov – 3 (3+0)
5. Cüneyt Biçer – 3 (3+0)
6. Nazim Süleymanov – 2 (0+2)
7. Viktor Pasulko – 1 (1+0)
