5 mart 2012 14:01
Sergey Yuran istefa verdi
“Simurq”da gözlənilən dəyişiklik baş verib. Azerisport.az xəbər verir ki, baş məşqçi Sergey Yuran bu gün istefa verib.
Klub rusiyalı çalışdırıcı ilə yollarını qarşılıqlı razılıq əsasında ayırıb. Artıq komandaya kimin rəhbərlik edəcəyi də bəllidi. Baş məşqçi postunu müvəqqəti olaraq İqor Getman tutacaq.
