5 mart 2012 23:50
Yığmamızın forvardı Galatasaraya qarşı oynadı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının hücumçusu Cihan Özkara bu gün Türkiyə Super Liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, o, qardaş ölkə çempionatının 29-cu turu çərçivəsində “Galatasaray” ilə görüşün iştirakçısı olub.
Qarşılaşma doğma meydanda keçirilib. Lakin buna baxmayaraq, sivaslılar güclü rəqibə məğlubiyyətdən yaxa qurtara bilməyiblər. Baş məşqçi Rza Çalımbay bu oyunda Cihana da şans verib. O, hesab 0:2 olarkən, 75-ci dəqiqədə meydana çıxıb. Lakin meydanda olduğu dəqiqələrdə Özkara da komandasına heç nə ilə kömək edə bilməyib.
Qeyd edək ki, “Sivasspor” hazırda 29 oyundan sonra 43 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Galatasaray” isə 66 xalla birincidi.
Türkiyə Super Liqası
29-cu tur
5 mart
Sivasspor - Galatasaray - 0:4 (0:1)
Qollar: Necati Ateş, 14; 90, Tomas Uyfaluşi, 64, Aydın Yılmaz, 81.
