5 mart 2012 14:15
Qarabağ Sadiqovun xidmətindən məhrum oldu
“Qarabağ” son oyunda ciddi itkiylə üzləşdi. Azerisport.az xəbər verir ki, AZAL-ı 1:0 məğlub etdikləri matçdan öncə isinmə hərəkətləri zamanı komandanın kapitanı Rəşad Sadiqov zədələnərək meydana çıxa bilmədi.
28 yaşlı yarımmüdafiəçi artıq müayinə olunub. Sadiqovun durumuna aydınlıq gəlib. Rəşad 10 gün sonra qayıdacağına inanır:
“Topa hərəkət edərkən ayağımda kəskin ağrı hiss etdim. Xüsusi bir şey baş vermədi. Deməzdim ki, meydan düz deyildi və ya kimsə mənə toxundu. Sol tərəfdən qasıq nahiyəsində dartılma var. Öncə yırtıq olmasından şübhələndik. Amma şükürlər olsun ki, belə olmadı. Azı, 1 həftə istirahət etməliyəm. Təbii ki, ən vacib məqamda zədələnməyim yerinə düşmədi. Oyunun başlamasına dəqiqələr qalmış baş verdiyinə görə komanda dəyişiklik etmək məcburiyyətində qaldı. Sağ olsun, uşaqlar, sona qədər mübarizə apardılar. İlk yarıda rəqib olduqca yaxşı oynadı. 2-ci hissədə komandamız əzmkarlıq nümayiş etdirdi. Belə durumda komandaya kənardan baxmaq ağırdı. Qarşıdan vacib oyunlar gəlir. Görünən odu ki, 10 gündən tez hazır olmayacam. Mənim yoxluğumdan danışmaq düzgün deyil. “Qarabağ”da kim oynayırsa, oynasın, komanda üçün vuruşur. Son oyunlarda uğurulu çıxış edirik. Seriyanı davam etdirmək lazımdı. Amma ilk mərhələdəki sonuncu rəqibimiz “Simurq” da asan rəqib deyil. İlk növbədə bu oyunu fikirləşmək lazımdı”.
