5 mart 2012 15:26
Türklər Amitin son oyununa qiymət verdilər
Türkiyə mətbuatı gənclərdən ibarət yığma komandamızın yarımmüdafiəçisi Amit Quluzadənin Bank Asya birinci liqanın son turundakı çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, səfərdə “İstanbul Güngörenspor” ilə qarşılaşmanın iştirakçısı olan “Kayseri Erciyesspor”un üzvü orta qiymətə layiq görülüb.
Belə ki, türkiyəli həmkarlarımız Amitə 5 bal veriblər. Quluzadə ilə yanaşı, daha 1 futbolçu da 5 balla qiymətləndirilib. Yerdə qalan oyunçular isə daha yüksək bala layiq görülüblər.
Xatırladaq ki, Amit bu oyunda 75-ci dəqiqədə meydana çıxmışdı. Komandası isə rəqibini məğlubiyyətə uğradıb – 2:0.
Erciyesspor: Emrullah – 7, Volkan - 5, Fatih - 6, Cemil - 6, Orhan – 6, Serkan Çalık - 7, Silla - 6, Metin - 6, Serkan Atak – 7 (Amit Quluzadə, 75) - 5, Sofi Hanni – 7 (Cenk Cengiz, 87) – qiymətsiz, Gökhan – 7, (Berk, 59) – 7.
