5 mart 2012 15:02
Yığmamızın İsmayıllıda toplanışı olacaq
Futbol üzrə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, hazırlıq prosesi martın 14-dən 23-ə qədər İsmayıllı rayonunda baş tutacaq. Toplanışa dəvət olunmuş futbolçuların siyahısı hələlik dəqiqləşməyib.
