5 mart 2012 15:38

“Xəzər Lənkəranın əsas rəqibi Qarabağdı”

“Xəzər Lənkəran”ın müdafiəçisi Andrey Mureşan Premyer Liqanın 22-ci turunun “Sumqayıt”la oyunundan (3:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Sumqayıt” üzərində qələbə asan olmadı ki?
- Xeyr, çətin oyun idi. Ola bilsin ki, kimsə “Sumqayıt”ı autsayder hesab edir. Amma bu uşaqlar futbol oynamağı bacarırlar. Sadəcə, bizə qələbə daha çox lazım idi. Çünki ötən tur da “Qəbələ”yə uduzmuşduq. Ona görə də bu oyunda mütləq qələbə qazanmağa borclu idik. Çox şadam ki, oyunumuz da yaxşı alındı.
 
- İstənilən halda “Xəzər Lənkəran” sumqayıtlılardan daha güclü görünürdü...
- Bizim əsas fərqimiz ondan ibarətdi ki, “Sumqayıt” ikinci, biz isə birinci altılıqda yer alırıq. Bu komanda rəqibin hər səhvindən yararlanmağı bacarır. Əgər biz özümüzü onlardan güclü saysaydıq, mütləq səhvlər buraxardıq. Mən həmçinin Sumqayıt şəhər stadionunun qazonuna da toxunmaq istərdim. Belə meydanda baxımlı oyun sərgiləmək çox çətindi. Bu da bizə əlavə problemlər yaradırdı.
 
- Amma bütün bunlara rəğmən üç qol vurdunuz ki, birinin də müəllifi məhz siz oldunuz...
- Çox şadam ki, üç qol vurduq, özüm də fərqlənə bildim. Ümumiyyətlə, mənim mövqeyimdə oynayan futbolçular çox təsadüfi hallarda qollar vururlar. Mən sonuncu dəfə “Xəzər Lənkəran”ın Tələviv “Maccabi”si ilə Avroliqa oyununda qol vurmuşdum. Qolu kimin vurmasının o qədər də önəmi yoxdu. Əsas komandanın qələbəsidi. Bütün komanda qələbə istəyirdi, buna da nail olduq.
 
- Təsnifat mərhələsinin qarşıdakı son oyununda sizi daha bir autsayder – “Turan” gözləyir...
- “Turan” yaxşı komandadı. Heyətlərində bir neçə təcrübəli futbolçu çıxış edir. Bizim məqsədimiz bəllidi – qələbə. Onlar son oyunlarında “Neftçi”yə minimal hesabla uduzdular. Ona görə də Tovuz klubunu qiymətləndirməmək olmaz. Bu komanda bizə qarşı da sona kimi vuruşacaq. Amma biz hər şeyə hazırıq.
 
- Tezliklə altılıq oyunları başlayacaq. “Xəzər Lənkəran”ın gücü çempionluq mübarizəsini sona kimi davam etdirməyə imkan verəcəkmi?
- “Xəzər Lənkəran” bütün klublar üçün çətin rəqib hesab olunur. Altılıq oyunlarında hər bir komanda xal itirəcək. Biz də mümkün qədər yaxşı oynamağa çalışacağıq. Əsas odu ki, qazonlar Sumqayıtdakı kimi olmasın. Həm ölkə kubokunda, həm də çempionatda sona kimi mübarizə aparacağıq. Əlbəttə, asan olmayacaq. Amma rəqiblərimiz də eyni çətinliklərlə üz-üzədilər.
 
- Yəqin ki, sizdən öndə olan “İnter”in “Bakı”ya uduzmasına sevindiniz...
- Əlbəttə, onların uduzduğunu eşidəndə sevindim. Təbii ki, əsas rəqiblərimizin xal itirməsi bizi sevindirməyə bilməz. Amma bu, son deyil. Altılıq mərhələsində də bütün klublar xal itirəcək. Həm də biz daha çox rəqiblərin oyunu barədə yox, öz çıxışımız haqda düşünməliyik. Əgər hər oyunu qələbə ilə başa vura bilsək, onda qızıl medallar bizim olacaq.
 
- “Xəzər Lənkəran”a bu yolda kimi əsas rəqib görürsüz?
- Bizim əsas rəqibimiz özümüzük. Hər oyunda daha yaxşı çıxış etməyə çalışırıq. Rəqiblərə gəlincə, “Qarabağ”ı qeyd edərdim. Ağdamlılar ilk altılığın ən yaxşılarındadılar. Onlar istənilən rəqibi saxlaya bilərlər. Ən çətin oyunumuz onlara qarşı olacaq. Bu komandanın üzvləri artıq 4-5 ildi bir yerdə çıxış edirlər. Formalaşmış heyətləri var. Çox şey “Qarabağ”la oyunlarda həll olunacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.