5 mart 2012 15:52

Azərbaycanda baş tutacaq DÇ-yə 200 gün qaldı

Bu gün Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının başlanmasına 200 gün qaldı. Azerisport.az xəbər verir ki, sentyabr ayının 22-də başlayacaq və 21 gün davam edəcək turnirdə 16 ölkənin millisi qalibiyyət üçün yarışacaq.
 
Azərbaycan dünyanın 15 müxtəlif ölkəsindən milli yığmaları və ararkeşləri qəbul edəcək. Artıq Şimali Koreya, Yaponiya və Çinin çempionatda iştirakı təsdiqlənib və 29 iyun tarixində iştirakçı olacaq son ölkələrin də təsdiqlənməsi gözlənilir.
 
AfrikaFutbolKonfederasiyasının məlumatına əsasən 20 yanvar və 5 fevral tarixləri arasında Botsvana, Kamerun, Qambiya, Qana, Qvineya, Keniya, Namibiya, Nigeriya, Syerra Lyona, Cənubi Afrika, Tunis və Zambiyanın da iştirak etdikləri birinci təsnifat mərhələsi keçirilib. 9 və 25 mart tarixləri arasında baş tutacaq ikinci təsnifat mərhələsinə 6 komanda vəsiqə qazanıb və oyunların sonunda 3 ölkə çempionatda iştiraka haqq qazanacaq.
 
UEFA-da isə birinci təsnifat mərhələinin oyunları artıq tamamlanıb. Aprel ayının ortalarında 16 komandanın iştirak etdiyi (Almaniya, Hollandiya, İsveçrə, Polşa, İrlandiya, İsveç, Norveç, Fransa, İngiltərə, Finlandiya, Danimarka, Serbiya, Belçika, Çexiya, İspaniya, İslandiya) ikinci təsnifat mərhələsinin oyunları tamamlanacaq. 26-29 iyun tarixləri arasında İsveçrənin Nyon şəhərində keçiriləcək final mərhələsi oyunlarında 2 komanda çempionatda iştirak üçün Azərbaycana gəlməyə haqq qazanacaq.
 
CONCACAF seçimləri 2-13 may tarixlərində Qvatemalada keçiriləcək. Burada isə səkkiz komanda final mərhələsində yarışacaq: Panama, Qvatemala, Kanada, Meksika, ABŞ, Trinidad və Tobaqo, Yamayka və Bahama adaları.
 
9-14 aprel Yeni Zelandiyada keçiriləcək OFC seçmə mərhələsinin sonunda bir milli komanda çempionata vəsiqə qazanacaq.
 
3 ölkənin çempionata vəsiqə qazanacağı CONMEBO seçimləri isə 10 və 26 mart tarixlərində Boliviyada baş tutacaq.
 
Yerli Təşkliat Komitəsi uzun müddətdir ki, çempionata hazırlıq məqsədilə bütün istiqamətlərdə işləri davam etdirir. YTK ilə yanaşı həmçinin U-17 milli yığmamız da çempionata hazırlıq məqsədilə müxtəlif ölkələrin yığmaları ilə yoldaşlıq oyunları keçirir və müxtəlif seminarlarda iştirak edir. Xatırladaq ki, Azərbaycanın adı FIFA icraiyyə komitəsinin 19 mart 2010-cu il tarixli qərarına əsasən U-17 qadınlararası dünya çempionatına ev sahibliyi edəcək ölkə olaraq açıqlanmışdı. Geri sayım sayğacı isə çempionatın başlanmasına 305 gün qalmış Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva tərəfindən işə salınmışdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.