5 mart 2012 16:25
Paytaxt derbisi Fariz Yusifova tapşırıldı
Futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turunun hakim təyinatları açıqlanıb. Azerisport.az həmin təyinatlarla sizi də tanış edir.
Qeyd edək ki, təxirə salınmış bu turun bütün oyunları eyni gündə baş tutacaq. Təyinatlara gəlincə, turun mərkəzi oyunu - "Bakı" və "Neftçi" arasındakı paytaxt derbisi Fariz Yusifova tapşırılıb.
"Qarabağ" - "Simurq" oyunu Əliyar Ağayevə, "Turan" - "Xəzər Lənkəran" görüşü Anar Salmanova, "Kəpəz" - "Qəbələ" dueli Elçin Məmmədova, "İnter" - "Rəvan" matçı Rəhim Həsənova, AZAL - "Sumqayıt" qarşılaşması isə Elvin Əsgərova həvalə olunub.
Premyer Liqa
19-cu tur
7 mart (çərşənbə)
Turan - Xəzər Lənkəran
Hakimlər: Anar Salmanov, Ramiz Əsədov, Elşən Acalov, Feyzulla Feyzullayev.
Tovuz. Şəhər stadionu. Saat 14:00.
Kəpəz - Qəbələ
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov.
Gəncə. Şəhər stadionu. Saat 14:00.
AZAL - Sumqayıt
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Yaşar Abbasov, Vüsal Əliyev.
AZAL Arena. Saat 14:00.
Qarabağ - Simurq
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Fuad Həsənov
Quzanlı. Qəsəbə stadionu. Saat 14:30.
Bakı - Neftçi
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Rauf Cabbarov.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 15:00.
İnter - Rəvan
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, İlham Əliyev, Orxan Məmmədov.
Bakı. "Şəfa" stadionu. Saat 16:00.
