5 mart 2012 00:09
“Azərbaycan millisinə vurduğum qolu unutmamışam”
Futbol üzrə Türkiyə milli komandasının məşqçisi Tayfun Korkut DÇ-2002-də milli komandamızla iştirak etdiyi oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, Azərbaycanla baş tutan matçı indiyədək unutmadığını bildirib:
“Millidəki karyeram ərzində yalnız bir dəfə qol vurmuşam. Bu isə Azərbaycanı məğlub etdiyimiz qarşılaşmada hesaba alındı. Həmin qolu indiyədək unutmamışam”.
