5 mart 2012 12:11
Birinci divizion: Növbəti turun proqramı açıqlandı
Futbol üzrə Azərbaycan birinci divizionunun 20-ci turunun oyunları 10-11 mart tarixlərində keçiriləcək. Azerisport.az növbəti turun oyun cədvəli ilə sizi də tanış edir.
Qeyd edək ki, qarşılaşmalardan dördü şənbə gününə təsadüf edəcək. Qalan iki görüş isə bazar günü keçiriləcək.
Bütövlükdə, oyunların keçirilmə yerləri aşağıdakı kimidi. Bütün oyunlar saat 14:00-da başlayacaq.
Birinci divizion
19-cu tur
10 mart (şənbə)
Energetik - Şəmkir
Mingəçevir. Yaşar Məmmədzadə adına şəhər stadionu.
Neftçala - Göyəzən
Neftçala. Nəriman Nərimanov adına şəhər stadionu.
MKT-Araz - Tərəqqi
İmişli. Heydər Əliyev adına şəhər stadionu.
Şuşa - Şahdağ
Bakı. "Şəfa" stadionu, IV meydança.
11 mart (bazar)
Bakılı - MOİK
Bakı. "Şəfa" stadionu, IV meydança.
Karvan - Muğan
Yevlax. Şəhər stadionu.
