5 mart 2012 12:44
“Qol vurmaq gözəldi, amma...”
“Qəbələ”yə qış fasiləsində transfer olunan Yannik Kamanan Premyer Liqanın 22-ci turunda “Rəvan”la qarşılaşmada dubla imza atmaqla klubdakı qol hesabını açdı. Azerisport.az xəbər verir ki, fransalı hücümçu “Qəbələ” forması ilə qol vuran 68-ci futbolçu kimi klub tarixinə düşdü.
“Siftə”yə görə sevincli olan futbolçu klubun rəsmi saytına açıqlamasında komandanın uğur qazanmasının fərdi uğurlardan daha vacib olduğunu bildirib: “Qol hesabımı açdığıma görə çox sevincliyəm. Qış fasiləsindən sonra bütün oyunlarda qələbə qazanmışıq və bu daha sevindirici haldır. Qol vurmaq gözəldi, amma önəmli olan komandanın uğur qazanmasıdır. İnanıram ki, növbəti oyunlarda qollarımla “Qələbə”nin hədəfinə çatmasında pay sahibi olacağam. Ümumiyyətlə meydançadan kənarda danışmağı sevmirəm. Fikrimcə futbolçunun sözünü oyunu ilə deməsi daha effektivdir”.
