5 mart 2012 13:12
Neftçidən bir oyuna 36 qol
Futzal üzrə ölkə çempionatında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turunda dörd oyun baş tutub.
“Araz” “Qarabağ veteranları” üzərində 6 cavabsız qolla qələbə qazanıb. “Azecolab”la qarşılaşan “Neftçi İSM” isə qələbəni 36 qolla bayram edib.
“Qala” PSL, “Ekol” isə “Rəvan” üzərində qələbəyə sevinib. Nəticələri diqqətinizə çatdırırıq:
Futzal
Azərbaycan çempionatı
14-cü tur
Qarabağ veteranları – Araz 0:6
Azecolab – Neftçi İSM 1:36
PSL – Qala 2:5
Ekol – Rəvan 3:1
