6 mart 2012 13:15
Rəvanın qapıçısına 6 oyunluq cəza!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 22-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın 22-ci turunun “Rəvan” – “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 76-cı dəqiqəsində “Rəvan”ın futbolçusu İvan Vasiliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Lakin matçın videoyazısını izlədikdə futbolçunun qeyri-etik jest göstərdiyi və meydanı tərk etdiyi vaxt matçın baş hakiminə tərəf tüpürdüyü aşkar edilib. Bu səbəbdən adıçəkilən futbolçu 6 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.
“Sumqayıt” – “Xəzər Lənkəran” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunublar. Oyunun 40-cı dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya (tüstü şaşkası) atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Bakı” – “İnter” matçının 65-ci dəqiqəsində “Bakı”nın futbolçusu Elvin Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manar cərimə olunub.
