6 mart 2012 14:50

“Qarabağın əsas sirri də elə bundadı”

“Qarabağ”ın yeni transferi – makedoniyalı Muarem Muarem azerisport.az saytına müsahibəsində özünün və komandasının çıxışından danışıb.
 
- “Qarabağ”ın son oyununda 90 dəqiqə meydanda oldunuz. Tam debütünüzü necə dəyərləndirərdiniz?
- Mən çox şadam ki, baş məşqçinin inamını qazana bildim. Qısa zamanda o, məni start heyətində də meydana buraxdı. Özümü yaxşı tərəfdən göstərməyə çalışdım. AZAL möhkəm rəqibdi. Bu komandada mənim həmyerlim Robert Petrov da çıxış edir. Onların çox yaxşı heyəti var. Bu haqda Petrov öncədən də mənə demişdi. Öz gözlərimlə də görüb, tanış oldum.
 
- Növbəti turda sizi “Simurq”la oyun gözləyir. Yenə əsas heyətdə meydana çıxmağa hazırsız?
- Buna baş məşqçi qərar verir. “Simurq” barədə mənim ətraflı məlumatım yoxdu. Amma komanda yoldaşlarım onlar haqda məndən daha çox bilirlər. Baş məşqçiləri istefa verib. Lakin bu, onların zəif komanda olduqlarını deməyə əsas vermir.
 
- “Qarabağ”a ilk altılıqda çıxış etmək üçün nə lazımdı?
- Birinci altılıqda zəif komanda yoxdu. Bunu yaxşı başa düşmək lazımdı. Hər oyuna final matçı kimi yanaşmalıyıq. “Xəzər Lənkəran”ın, “Neftçi”nin oyunlarına baxın! Onlarla oyunlar necə asan ola bilər?

 
- “Qarabağ”a alışa bilmisizmi?
- Bu, artıq mənim üçün doğma klubdu. Çox mehriban kollektivi var. “Qarabağ”ın əsas sirri də elə bundadı.
 
- Bəs Azərbaycan çempionatı barədə nə düşünürsüz?
- Dostlarım mənə deyirdilər ki, burda çempionat ildən-ilə daha da güclənir. Mən hələ bütün rəqiblərimizi tanımıram. Amma səviyyə heç də aşağı deyil. İlk altılıqda çıxış edən klublarda kifayət qədər təcrübəli legionerlər top qovur.
 
- Türkiyənin birinci liqasında çıxış etmisiz. Ordakı klubları Azərbaycan komandaları ilə müqayisə etmək olar?
- Fikrimcə, Azərbaycan çempionatı Bank Asya birinci liqadan daha güclüdü.
 
- “Qarabağ” Türkiyə birinci liqasında nəyə ümid edə bilər?
- Birinci yerə oynayardı. Bu, şübhəsizdi. Əgər bu uşaqlar “Visla”nı, “Rosenborg”u məğlub edə biliblərsə, onlar Türkiyə birinci liqasında da uğurla çıxış edə bilərlər. Biz heç Superliqada da itib-batmazdıq.
 
- İlk mövsüm üçün hədəfləriniz nədən ibarətdi?
- Əlbəttə, çox istərdim ki, çempion olum. Özümüzə inanmalıyıq. “Neftçi” indi hamını qabaqlayır. Amma bizim bütün rəqiblərimizlə iki oyunumuz var. Sadəcə, bu oyunlarda onları məğlub etmək lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.