6 mart 2012 15:11
“Onları bu oyunlara kökləmək çox çətindi”
“Kəpəz”in baş məşqçisi Fuad İsmayılov Premyer Liqanın təxirə salınmış 19-cu turunun sabah keçiriləcək “Qəbələ” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qəbələ”ni məğlub etmək istəyirik. Bu üzdən mən onlara hətta “Simurq”la oyundan sonra istirahət də vermədim. Amma bu, heç də asan olmayacaq. Çünki komandamızda xeyli təcrübəli futbolçu var ki, onlar ilk altılıqda oynamaq istəyirdilər. İndi onları belə oyunlara kökləmək çox çətindi. Amma məşqçilər korpusu bunu aradan qaldırmaq üçün səylə çalışır. Bunun nəticəsi “Simurq” üzərində qələbədə özünü göstərdi. İndi bu uğurun davamını gətirmək istəyirik”.