6 mart 2012 16:08
Qurban Qurbanov: Bu, bizim üçün ciddi itkidi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın təxirə salınmış 19-cu turunun sabah keçiriləcək “Simurq” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu, altılıq oyunları ərəfəsindəki son matçımızdı. Bizim üçün mühüm qarşılaşmadı. “Simurq” üzərindəki qələbə digərlərindən vacib olacaq. Komanda yaxşı hazırlaşıb. Rəşad Sadiqovun zədəsi bizi məyus edir. Təəssüf ki, o, bu görüşdə forma geyə bilməyəcək. Bu, bizim üçün ciddi itkidi. Rəqibə gəlincə, Sergey Yuranın “Simurq”dan getməsi bu oyuna təsirini göstərə bilər. Çünki adətən futbolçular yeni baş məşqçinin gəlişi ərəfəsində özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Buna görə də, rəqibin daha aqressiv oynayacağını düşünürəm”.
