6 mart 2012 16:46
İnterin futbolçuları hakimi təhqir ediblər
AFFA İntizam Komiəsi 3 futbolçunu hakimi təhqir etdiyi üçün cəzalandırıb. Azerisport.az xəbər verir ki, U-17 liqasının “Turan” – “İnter” matçının 65-ci dəqiqəsində “İnter”in futbolçusu Qurbanəli Əliyev hakimi təhqir edərək, birbaşa qırmızı vərəqə alıb və 4 oyunluq cəzalandırılıb.
U-15 liqasının “İnter” – “Qəbələ” matçının 61-ci dəqiqəsində “İnter”in futbolçusu Ozal Həsənov hakimi təhqir edərək, birbaşa qırmızı vərəqə alıb. Bu futbolçunun da cəzası 4 oyun olub.
U-14 liqasının UGİM (Bərdə) – UGİM (Ağdam) matçının 40-cı dəqiqəsində isə Ağdam təmsilçisinin futbolçusu Fərhad Nərimanov hakimi təhqir edərək, birbaşa qırmızı vərəqə alıb. Bu futbolçu 2 oyunla canını qurtarıb.
