6 mart 2012 16:57
Robertas Poşkus da Simurqdan qovuldu
Baş məşqçi Sergey Yuran və köməkçilərini istefaya göndərən “Simurq” daha bir nəfərlə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, litvalı hücumçu Robertas Poşkus komandadan gedib.
Ailəsində problemlər olan və düşərgəyə gec qayıdan futbolçu bu dəfə zədəsini bəhanə edərək klubdan ayrılıb. Artıq Poşkusun şıltaqlıqlarına dözmək istəməyən “Simurq” rəhbərliyi onunla vidalaşmaq qərarına gəlib.
