6 mart 2012 17:20
Qarabağ Simurqa, Neftçi Bakıya uduzdu
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bununla da sözügedən çempionatın təsnifat mərhələsinə rəsmən yekun vurulub.
Qeyd edək ki, 19-cu tur təxirə salınmışdı. Lakin bu gün baş tutan oyunlarla bu tura da yekun vurulub.
Oyunlara gəlincə, AZAL evdə "Sumqayıt"a 5 cavabsız qolla uduzub. "Qarabağ" da "Simurq"la ev oyununda məğlubiyyətlə üzləşib. "Turan" - "Xəzər Lənkəran" matçında tərəflər qapılara yol tapa bilməyiblər. "İnter" "Rəvan"ı darmadağın edib. "Kəpəz"in qonağı olan "Qəbələ" bu oyunda da qələbə qazanmağı bacarıb. "Bakı" - "Neftçi" görüşündə isə lider məğlub olub.
Əvəzedicilərin çempionatı
19-cu tur
6 mart (çərşənbə axşamı)
AZAL – Sumqayıt – 0:5
Qollar: Təbriz Mütəllimov, 8, Aydın Qasımov, 18, Əbülfət Abbasov, 48, Ramil Həşimzadə, 62; 67.
Hakimlər: Səbayel Qurbanova, Maya Nəbiyeva, Cavanşir Yusifov, Elxan Müslümov.
Bakı. AZAL Arena.
Qarabağ – Simurq – 1:3
Qollar: Tural Rzayev, 90+2 - Qafar Qafarov, 11; 81, Ruhid Usubov, 43.
Hakimlər: Ceyhun Haşımov, Yuliya Larionova, Gülyana Güvəndiyeva, Elçin Qasımov.
Bakı. "Şəfa" stadionu, IV meydança.
Turan - Xəzər Lənkəran – 0:0
Hakimlər: Anar Göyçayski, Rüfət Ələsgərov, Ruslan Nəsibov, Rəşad Əhmədov.
Tovuz. Qaraxanlı qəsəbə stadionu.
İnter - Rəvan – 4:1
Qollar: Mirsahib Abbasov, 28, Ramil Mansurov, 62; 68; 74 - Ceyhun Abdullayev, 42.
Hakimlər: Fərid Məmmədov, Akif Əmirəli, Ülviyyə Mustafayeva, Mariya Qasımova.
Bakı. "Şəfa" stadionu.
Kəpəz - Qəbələ - 1:3
Qollar: Asif Əhmədov, 87 - Murad Musayev, 35, Rey Məmmədbəyli, 45, Amil Yunanov, 70.
Hakimlər: Ramil Əhmədov, Ramil Namazov, Ruslan Quliyev, Namiq Bəkirov.
Gəncə. Şəhər stadionu.
Bakı – Neftçi – 2:0
Qollar: Raul Yaqubzadə, 57; Namiq Ələsgərov, 76.
Hakimlər: Alik Yunusov, Elxan Əsgərzadə, Vüsal Qənbərov, Səbuhi Bayramov.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
N
O
Q
H
M
T-F
X
