6 mart 2012 17:14
Türkiyə mətbuatı Cihanın Galatasarayla oyununu qiymətləndirdi
Türkiyə mətbuatı futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın Super Liqanın son turundakı çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, “Sivasspor”da çıxış edən millimizin üzvü “Galatasaray” ilə oyunun iştirakçısı olub.
Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan və 75-ci dəqiqədə meydana çıxan Cihan bu dəfə ciddi heç bir şeylə yadda qala bilməyib. Komandasının meydandan 0:4 hesabıyla məğlub ayrıldığı oyunda yığmamızın forvardı 3 bala layiq görülüb.
Sivasspor: Seneçki - 3, Uğur - 4, Navratil - 4, Raynox - 4, Kağan - 4, Mehmet Nas - 4 (Kıvanç, 59) – 3, Kadir – 4 (Cihan Özkara, 75) - 3, Erman - 4, Qrosiçki - 4 Eneramo – 4, Pedriel – 4.
