6 mart 2012 17:48
Fatig Kavlak: Onların bizimlə oyunda itiriləsi heç nəyi yoxdu
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın təxirə salınmış 19-cu turunun sabah keçiriləcək “Kəpəz”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qələbə seriyamızı bu oyunda da davam etdirmək istəyirik. Bu görüş əvvəlki üç oyunla müqayisədə çətin lacaq. Çünki “Kəpəz”in bizimlə oyunda itiriləsi heç nəyi yoxdu. Buna görə onlar bizimlə oyuna tam sakit çıxacaqlar. Buna baxmayaraq, biz ancaq qələbəyə köklənmişik. Özü də komanda son dövrlər pis oyun sərgiləmir. Hələ ki, komandamdan razıyam”.
