6 mart 2012 18:33
Deon Barton: Əsas problem stadion və hakimliklə bağlıdı
“Qəbələ”nin hücumçusu Deon Barton Premyer Liqanın 19-cu turunun “Kəpəz”lə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Öncə “Rəvan”la son oyun barədə fikirləriniz maraqlı olardı...
- “Xəzər Lənkəran” üzərindəki qələbədən sonra komandadakı atmosfer daha da yaxşılaşmışdı. Bakılılarla oyun öncəsi əla vəziyyətdə idik. Oyuna yaxşı köklənmişdik. Nəticədə də inamlı qələbə qazandıq.
- Kənardan qələbəni çox asanlıqla qazandığınız hiss olunurdu...
- Biz bu oyun öncəsi səylə çalışırdıq. Komanda öz üzərində çalışanda, bunun nəticəsini də görür. Mümkündü ki, kimlərəsə bu qələbə asan görünsün. Amma bu, elə deyil. 4:0 komandanın ağır zəhmətinin nəticəsidi.
- Ardıcıl ikinci oyundu qol vurursuz. Yəqin ki, bu gedişat ürəyinizcədi...
- Zədədən sonra ilk dəfə məhz “Rəvan”la oyunda start heyətində meydana çıxa bildim. Sonuncu dəfə start heyətdə sentyabrın 20-də, 13-cü turun “Neftçi” ilə oyununda çıxmışdım. Yenidən əsas heyətə qayıtmağıma, qol vurmağıma təbii ki, çox şadam. Son oyunlarda həm də qol ötürməsi vermişəm.
- Görünür, qış fasiləsi zamanı komanda yaxşı hazırlıq keçib...
- Bəli, qış fasiləsindən sonra çox inamlı təsir bağışlayırıq. Üç oyuna üç qələbə qazanmışıq. Türkiyədə keçirdiyimiz yoxlama oyunları sadəcə sınaq xarakteri daşıyırdı. Ona görə də həmin görüşlərdəki nəticələrə də xüsusi önəm vermirdik.
- “Kəpəz”lə oyun ərəfəsində komandada vəziyyət necədi?
- Bu, təsnifat mərhələsindəki son oyunumuzdu. Hamımız bu görüşü qələbəylə başa vurmaq istəyirik. Fikrimcə, hər şey yaxşı olacaq. “Kəpəz” adi komanda deyil. Üstəlik, Gəncə stadionunun qazonu da ideal vəziyyətdə deyil. Lakin biz mütləq qələbə qazanmağa çalışacağıq.
- Bu, təsnifat mərhələsindəki son oyunumuzdu. Hamımız bu görüşü qələbəylə başa vurmaq istəyirik. Fikrimcə, hər şey yaxşı olacaq. “Kəpəz” adi komanda deyil. Üstəlik, Gəncə stadionunun qazonu da ideal vəziyyətdə deyil. Lakin biz mütləq qələbə qazanmağa çalışacağıq.
- Artıq Azərbaycandakı ikinci ilinizdi. Çempionat, ölkə barədə fikirləriniz maraqlıdı...
- Ölkəniz xoşuma gəlir. Burdakı insanlar da çox xoşdular. Azərbaycanda yaşadığım müddətdə çoxlu yeni dostlar qazanmışam. Çempionata gəlincə, gördüyüm qədərilə, zaman-zaman daha maraqlı olmağa başlayır. Yeganə çatışmazlıq meydançaların və hakimliyin səviyyəsi ilə bağlıdı. Hakimlik haqda ümumiyyətlə danışmaq da istəməzdim (gülür). Çünki hamımız onların necə hakimlik etdiyini görürük. Ona görə də əlavə nəsə demək artıq olardı.
- Bu günlərdə futbol üzrə Azərbaycan yığması Fələstinə məğlub oldu. Yəqin ki, siz də başqaları kimi az təəccüblənmədiniz...
- Bəli, bu görüşün nəticəsi həqiqətən gözlənilməz oldu. Amma mən hesab edirəm ki, bunu çox böyütməyə ehtiyac yoxdu. İstənilən halda bu, bir sınaq matçı idi. Əminəm ki, rəsmi oyunlarda tam fərqli olacaq. Orda rəqiblər də fərqli olur, motivasiya da.
