6 mart 2012 18:51
Barcelonanın rəsmi saytı Bakıdan yazdı
Avropanın ən güclü klubu seçilən "Barcelona"nın rəsmi saytı bir daha Avropa Klublar Birliyinin (ECA) 2011-ci ilin yekunlarına həsr olunan mükafatlandırma mərasiminin nəticələrini elan edib. Azerisport.az xəbər verir ki, ECA-nın 2011-ci ili nəticələrinə görə qalib elan olunan klublara xüsusui mükafatlar təsis etməsi barədə məlumat vermişdik.
"Barcelona"nın rəsmi internet saytı bir daha qaliblərin adını vurğulayıb. İlin yekunlarına əsasən, Avropanın 4 klubu qalib elan olunub. "Barcelona" ilin ən güclü klubu, Portuqaliyanın "Braga" klubu ən yüksək inkişafa nail olan klub, Şotlandiyanın "Seltik" klubu sosial proqramlarına görə, Azərbaycanın "Bakı" klubu isə futbol akademiyasının fəaliyyəti sayəsində "Ən yüksək nailiyyət" mükafatına layiq görülüb.
