6 mart 2012 19:14

Qəbələ Donetsk səfərinə hazırlaşır

"Qəbələ”nin 1997-ci il təvəllüdlü futbolçularından ibarət komandası (U-15) martın 9-dan 16-dək  Ukraynanın Donetsk şəhərində təlim-məşq toplanışında olacaq. Azerisport.az xəbər verir ki, bu, “Qəbələ” ilə Ukraynanın “Şaxtyor” klubu arasındakı əməkdaşlıq çərçivəsində atılan növbəti addımdı. Qeyd edək ki, ilk mərhələdə klub rəsmilərinin qarşılıqlı səfərləri ilə təməli qoyulan əməkdaşlıq yanvar ayında tərəflər arasında imzalanan protokolla rəsmiləşdirilib. 
 
Donetskdə klubu təmsil edəcək nümayəndə heyətinə 25 nəfər daxil edilib: Ali Yavaş (Qəbələ Futbol Akademiyasının direktoru), Nail Kərimov (direktor müavini), Halim Fıçıcı (baş məşqçi), Eldəniz Süleymanov (məşqçi), Uğur Kurt (qapıçı məşqçisi), Şabəddin Məmmədov (fizioterapevt), Elnur Əfəndiyev (inzibatçı) və futbolçular Aleksey Dedyukin, Yusif Şirinov, Bəhlul Mustafazadə, Ayxan Əsədov, Çingiz Hüseynov, Mirəli Məmmədzadə, Maqomed Quseynov, Orxan Mehrəlizadə, Yusif Nəbiyev, Əli Səmədov, Emin Zamanov, Tural Məmmədzəyev, Sahil Mirzəyev, Ülvü İskəndərov, Roman Hüseynov, Vüqar Əlibabayev, Coşqun Süleymanov, Fərid Əsədli. 
  
“Qəbələ” U-15 bir həftə davam edəcək toplanış çərçivəsində 3 yoxlama görüşündə də qüvvəsini sınayacaq. Futbolçularımız martın 11-də “Şaxtyor”un U-15, 13-də “Şaxtyor”un şəhər filialının komandası, 15-də isə “Metallurq”un U-15 kollektivləri ilə qarşılaşacaqlar. 

Qeyd edək ki, Qəbələ futbolçuları təlim-məşq toplanışı günlərində “Şaxtyor”un əsas komandasının bazasında qalacaqlar. Bundan əlavə gənc futbolçularımız Avropanın ən möhtəşəm arenalarından sayılan “Donbass Arena”na ilə əyani şəkildə tanış olacaqlar. Qeyd edək ki, xarici ölkələrdə, xüsusilə də tanınmış klubların bazasında keçirilən hazırlıq və beynəlxalq görüşlərin akademiyanın gənc futbolçularının dünyagörüşünün formalaşması və onların hazırlıq səviyyəsinin peşəkar səviyyəyə çatdırılmasında rolu əvəssizdir.  
 
Qeyd edək ki, gələcəkdə “Şaxtyor”un da aşağı yaş qrupundan olan komandalarının Qəbələyə səfər edəcəyi nəzərdə tutulur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.