7 mart 2012 00:05

Kamran Ağayev: Mənə təzyiq edən insanlar var

Azerisport.az sizi futbol üzrə Azərbaycan milli komandasının və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevin müsahibəsi ilə tanış edir.
 
- Bildiyimizə görə zədəlisən. Problem nədədi?
 - Sağ ayağımın əzələsində yırtıq var və orada gematoma əmələ gəlib. İndi həkimimizin söylədiyinə görə mən 3-4 gün gözləməliyəm ki, şiş keçsin, ondan sonra da müalicəyə başlanacaq. Məni ən azı 2 həftəlik müalicə gözləyir.
 
- Bu zədəni “Sumqayıt”la keçirilən oyunda almısan?
- Yox, bu xeyli əvvəl baş verib, hələ komandamızın Türkiyədə keçirdiyi yay toplanışı zamanı. Ancaq onda zədəmi sağaltmışdım. Bu yaxınlarda millinin heyətində Dubayda keçirdiyimiz son yoldaşlıq oyunu zamanı zədə yenidən özünü büruzə verdi. Odu ki mən əslində indi “Sumqayıt”la oyuna heç çıxmamalıydım, amma özümü yaxşı hiss edirdim və ona görə oyunda iştirak etdim. Ancaq həmin oyundan sonra ayağım yenidən şişdi. Keçdiyim müayinə də əzələmdə yırtıq olduğunu aşkar etdi.
 
- Həkimlər nə deyir, cərrahiyyə əməliyyatına ehtiyac var?
- Xeyr, əməliyyata heç bir ehtiyac yoxdu. Bu cür zədələrə futbolçularda tez-tez rast gəlinir. Bu, o qədər də ciddi zədə deyil və belə hallarda əməliyyat keçirilmir.
 
- Kamran, bildiyin kimi, sən “Xəzər Lənkəran” azarkeşlərinin sevimlisisən və onların bir çoxu məhz sənin oyununu seyr etmək üçün stadiona gəlir. Zədən haqqında xəbər isə onları şübhəsiz ki, üzəcək. Sən onlara nə demək istərdin?
- Onlara demək istəyirəm ki, narahat olmasınlar. Çalışacam zədəmi tezliklə sağaldım və mümkün qədər tez bir zamanda yaşıl meydançaya qayıdım. Amma onu da demək istəyirəm ki, azarkeşlərimiz arasında mənə təzyiq edən insanlar var. Onlar mənim haqqımda cürbəcür şayiələr yayırlar. Heç gözləməzdim ki, mənə qarşı bu qədər qərəz olsun. Elə onlardan biri də “12-ci oyunçu” saytının rəhbəridi. O, üzdə mənimlə görüşəndə elə səmimi görsənməyə çalışır, kənardan baxan deyər ki, o mənim yaxın dostumdu, ancaq saytında məndən elə şeylər yazır ki… Qismən elə belə insanların yeni uydurmalarına zəmin yaratmamaq üçün öz sağlamlığımın hesabına “Sumqayıt”la oyuna çıxmışdım. Halbuki, mənim yerimdə futbolçuların çoxu heç oynamazdı. Bildiyiniz kimi, mənim zədəmdən başqa digər dərdim də var: atam infarkt keçirib və hazırda xəstəxanadadı, odu ki, mənim ürəyim indi onun yanındadı. Bu vəziyyətdə az futbolçu tapılar ki, oyuna normal köklənib 90 dəqiqə oynasın.
 
- Keçək komandanın daxilindəki mühitə. Kollektivdə vəziyyəti necə qiymətləndirərdin?
- Komandamızda əhval-ruhiyyə çox yüksək səviyyədədi, mehribançılıq hökm sürür. Biz həmişə çempionluğa oynayan klub olmuşuq və indi də bu məqsədimiz dəyişməz qalır. Düzdü, bildiyiniz kimi, müəyyən adamla əlaqədar bu yaxınlarda elə vəziyyət yaranmışdı ki, hamımız komandadan getməyə hazırlaşırdıq. Ancaq indi vəziyyət tam fərqlidi və biz həmişə olduğu kimi yenə də yüksək titul uğrunda vuruşmaq əzmindəyik.
 
- Səncə indi yenidən qurulan komanda Avrokuboklarda uğur qazanmağa qadirdi?
- Biz hələlik daxili çempionatı düşünürük. Avrokuboklara hələ vaxt var. İlk növbədə çempionluğu qazanmalıyıq. (klubun saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.