7 mart 2012 00:02

Premyer Liqamızda (qeyri) formal tur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında təsnifat mərhələsinə tam olaraq yekun vurulacaq. Azerisport.az xəbər verir ki, təxirə salınan 19-cu turun bu gün baş tutacaq oyunlarıyla birinci mərhələ başa çatacaq.
 
Qeyd edək ki, bu görüşlər tam olmasa da, müəyyən mənada formal xarakterə malikdi. Çünki “Neftçi”, “İnter”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Bakı” və “Qəbələ”nin birinci, AZAL, “Rəvan”, “Kəpəz”, “Simurq”, “Sumqayıt” və “Turan”ın isə ikinci altılıqda mübarizə aparacağı hələ bir neçə tur öncədən dəqiqləşib. İndiki halda elita təmsilçiləri sadəcə final mərhələsinə mümkün qədər çox xalla və yaxşı əhval-ruhiyyədə başlamaq məqsədi güdürlər. Baxmayaraq ki, artıq bu turdan da final mərhələsinin start götürdüyünü demək olar.
 
Mələsən, turun mərkəzi oyununda lider “Neftçi” çempionluq uğrunda mübarizə aparan digər rəqibi “Bakı” ilə üz-üzə gələcək. Bu üzdən də sözügedən klubların əsl mübarizəyə indidən start verdiyini demək daha düzgün olardı. Qarşılaşmanın “Bakı”nın bazasında keçirilməsi meydan sahibləri üçün müəyyən üstünlük sayıla bilər. Bundan əlavə “zolaqlılar” bu mövsüm inamlı təsir bağışlamasalar da, sonuncu turda uzun müddət məğlub olmayan “İnter”i yenməklə, özlərindən söz etdirməyi bacardılar. İndi bakılılar paytaxt derbisində son ölkə çempionuna da eyni aqibəti yaşatmaq arzusundadılar. Bu, həm ilk dövrədəki yenilginin (0:1) qisasını almaq, həm də medallar uğrunda mübarizəyə bir qədər də yaxından qoşulmaq üçün vacib əhəmiyyət daşıyır. Lakin “ağ-qaralar” da təbii ki, liderliyini qorumaq üçün ən azından uduzmamağa çalışacaqlar.
 
Final mərhələsində bir yarımqrupda mübarizə aparacaq klublardan AZAL-la "Sumqayıt" da bu məhz bu turda üz-üzə gələcək. İlk dövrədə bu klubların duelində debütant qələbə qazanan tərəf olmuşdu. Bu üzdən də “təyyarəçilər” indi həmin məğlubiyyətin qisasını almağa çalışacaqlar. Qış fasiləsindən sonra uğursuz çıxış edən klubların mübarizəsindən kimin qalib ayrılacağı maraqla gözlənilir.
 
Son turda “Bakı”ya məğlub olmaqla liderdən bir qədər aralı düşən "İnter" bu dəfə digər paytaxt klubu "Rəvan"la üz-üzə gələcək. Görüşün doğma meydanda keçirilməsi “bankirlər”in şanslarını daha da artırır. Klubların fərqli məqsədlər üçün mübarizə aparması da “İnter”in qələbə şanslarının çoxluğundan xəbər verir. Üstəlik, “Rəvan” son turda “Qəbələ”yə 4 cavabsız qolla uduzduğundan, düşərgədəki atmosfer də ürəkaçan deyil. Xatırladaq ki, ilk dövrədə “İnter” bu rəqibini çətinliklə yenmişdi – 2:1.
 
Liderlər qrupunda qərarlaşan digər komanda - "Xəzər Lənkəran" "Turan"ın qonağı olacaq. Cənub təmsilçisi final mərhələsinə liderlər qrupundan aralanmamaq şərtilə başlamaq istəyir. Bu üzdən tovuzluları mütləq məğlub etmək lazımdı. Amma nə qədər pis günlərini yaşasa da, bütün rəqiblərinə sona kimi müqavimət göstərən Əsgər Abdullayevin komandası son turda “Neftçi”yə də minimal hesabla uduzdu. Bu üzdən “ağ-yaşıllar”a da “Turan”la görüşün asan olmayacağını indidən proqnozlaşdırmaq olar. Baxmayaraq ki, ilk dövrədə cənublular bu rəqibini 3:1 hesabıyla yenməyi bacarmışdılar.
 
"Qarabağ" "Simurq"la üz-üzə gələcək. Zaqatala klubunda baş məşqçi Sergey Yuranın gedişi özünü istənilən cür göstərə bilər. Amma Ağdam klubu doğma meydanda çıxış etdiyi üçün qələbə qazanmağa borcludu. Hansı ki, ilk dövrədə bunu səfərdə bacarmışdı – 1:0. “Qarabağ”ın qış fasiləsindən sonrakı bütün oyunlarında qələbə qazanması, 8 oyundu qapısından qol buraxmaması da meydan sahiblərini gücündən xəbər verir.
 
"Qəbələ" isə "Kəpəz"in qonağı olacaq. Bu klubların ilk dövrədəki görüşündə “Qəbələ” qələbəyə sevinən tərəf olmuşdu. Elə bu dəfə də qonaqlar daha şanslı görünürlər. Ən azı ona görə ki, qış fasiləsindən sonrakı üç oyununda bu komanda ardıcıl qələbələrə sevinməkdədi. Amma gəncəlilər son turda “Simurq”u məğlub etməyi bacarmışdısa, eyni aqibəti “Qəbələ”yə də yaşatması istisna deyil.
 
Premyer Liqa
19-cu tur
7 mart (çərşənbə)
 
AZAL - Sumqayıt
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Yaşar Abbasov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Rüfət Hüseynov.
Bakı. AZAL Arena stadionu. Saat 14:00
 
Turan - Xəzər Lənkəran
Hakimlər: Anar Salmanov, Ramiz Əsədov, Elşən Acalov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Kərim Ağayev.
Tovuz. Şəhər stadionu. Saat 14:00.
 
Kəpəz - Qəbələ
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əmir Zamanov.
Gəncə. Şəhər stadionu. Saat 14:00.
 
Qarabağ - Simurq
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Fuad Həsənov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
Ağdam. Quzanlı qəsəbə stadionu. Saat 14:30.
 
Bakı - Neftçi
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 15:00.
 
İnter - Rəvan
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, İlham Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. "Şəfa" stadionu. Saat 16:00.
 
 
N
O
Q
H
M
T-F
X
 
1
21
15
1
5
42-16
46
 
2
21
12
6
3
20-10
42
 
3
21
12
5
4
32-19
41
 
4
21
11
5
5
25-14
38
 
5
21
10
5
6
26-19
35
 
6
21
10
5
6
25-20
35
 
7
21
7
5
9
29-32
26
 
8
21
6
7
8
23-28
25
 
9
21
5
4
12
23-36
19
 
10
21
5
4
12
18-32
19
 
11
21
4
3
14
13-31
15
 
12
21
3
2
16
13-32
11
 
 
Bombardirlər:
13 - Bahodir Nasimov (Neftçi)
9 - Flavinyo (Neftçi)
8 - Robertas Poşkus (Simurq), Tales Şütz (AZAL)
7 - Zohair Benuahi (AZAL)
6 - Əfran İsmayılov (Qarabağ), Uinston Parks (Bakı), Dodo (Qəbələ)
 
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.