6 mart 2012 11:46
Rauf Mehdiyev: Bakı ilə oyunda heç-heçə bizi qane etməyəcək
“Neftçi”nin qapıçısı Rauf Mehdiyev Premyer Liqanın təxirə salınmış 19-cu turunun “Bakı” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Qış fasiləsindən sonrakı “Sumqayıt”, “Rəvan” və “Turan”la oyunlarda ardıcıl qələbələrə sevindiniz. Üç oyuna maksimum nəticə Türkiyə toplanışının faydalı keçməsindən xəbər verir?
- Bu oyunların bizim üçün asan keçdiyini düşünmürəm. Biz çempionluq üçün mübarizə aparırıq. Bu üzdən də belə rəqiblərlə oyunlarda xal itirməyə haqqımız yox idi. Türkiyə toplanışının nə qədər faydalı olduğunu mövsümün sonunda biləcəyik.

- Qarşıda sizi daha çətin “Bakı” ilə sınaq gözləyir...
- Bu komanda ən ciddi rəqiblərimizdən biridi. Onlar mövsümə yaxşı başlamasalar da, ambisiyalarını saxlamaqdadılar. “İnter” üzərində qələbə bu komandada özünəinamı da artırıb.
- Həmin oyuna baxdınız?
- Bəli. “Bakı” həmin matçda çox uğurlu oyun keçirdi. “İnter”in məğlubiyyətinin sevindirdiyini də gizlətmirəm. Çünki onlar bizim əsas izləyicimizdi. Bizə də “Bakı” ilə oyun çətin olacaq. Çünki ilk dövrədəkindən fərqli olaraq, rəqibin bazasında oynayacağıq. Onlar həmin meydanda özlərini daha inamlı hiss edirlər. Bu da bizə əlavə çətinliklər yaradacaq.

- Heç-heçə sizi qane edəcək?
- Xeyr. Heç-heçə bizi qane etmir. Artıq bu həftədən etibarən final mərhələsi başlayacaq. Bu üzdən də altılıq oyunlarına “Bakı” üzərində qələbə ilə başlamaq bizim üçün çox yaxşı olardı.

- Son oyunlarda çərçivəni artıq siz qorumağa başlamısız. Demək olar ki, Saşa Stamenkoviçlə rəqabətdə qalib gəldiniz?
- Əgər mən indi qapıda dururamsa, bu, o demək deyil ki, arxayınlaşmalıyam. Aramızdakı rəqabət hətta məşqlərdə də davam edir. Bu da ancaq komandanın xeyrinədi.

- Bu üç oyunda bir dənə də qol buraxmamağınız sizi bu mübarizədə favorit etmirmi?
- Mən ilk növbədə onu qeyd etmək istərdim ki, bu, təkcə mənim xidmətim deyil. Bütövlükdə müdafiə xəttimiz, komandamız diqqətli oyunla bu işdə mənə kömək ediblər. Sualınıza gəlincə, yenə deyirəm ki, arxayınlaşmamalıyam. Əsas heyətdəki yerimi mümkün qədər çox saxlamaq istəyirəm.