6 mart 2012 11:57
AFFA Finlandiyanı millimizə rəqib etdi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama matçı keçirəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, komandamız Finlandiya U-21 yığma komandası ilə qarşılaşacaq. Artıq bu görüşün keçirilmə yeri və vaxtı da məlumdu. Belə ki, qarşılaşma aprelin 4-də, Helsinki şəhərində keçiriləcək.
