6 mart 2012 12:12
Qarabağ yenidən Ağdama yollandı
“Qarabağ” yenidən Ağdama yollanıb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın təsnifat mərhələsinin sonuncu turunda “Simurq”u qəbul edəcək komanda bu gün Quzanlıya yola düşüb.
Martın 3-də AZAL-ı 1:0 məğlub etdiyi oyundan sonra Bakıya qayıdan komanda 2 günlük çalışmadan sonra yenidən əks-istiqamətə hərəkət edib. “Qarabağ”ımız 4 gün sonra baş tutacaq final mərhələsinin ilk turuna qədər orda qalacaq ardınca isə Ağdamdan ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşü üçün Qəbələyə yollanacaq.
Bu gün aşam komanda 1 saatlıq yüngül məşq keçəcək. Xatırladaq ki, “Qarabağ” – “Simurq” oyunu sabah saat 14:30-da başlayacaq.
