6 mart 2012 12:25
Millimizin forvardı Galatasarayı məyus edə bilmədi (VİDEO)
Azerisport.az sizi futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın Türkiyə Super Liqasının son turu çərçivəsində “Sivasspor”un heyətində “Galatasaray”a qarşı oyunundan hazırlanan videoreportajla tanış edir. Qeyd edək ki, doğma meydanda çıxış etməsinə rəğmən, Cihanın komandası bu görüşdən məğlub ayrılıb – 0:4. Millimizin üzvü meydana 75-ci dəqiqədə çıxıb.
