6 mart 2012 12:41
Böyükağa Hacıyev: Bakı ilə görüş çempionatın adi bir oyunudu
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın təxirə salınmış 19-cu turunun “Bakı” ilə sabahkı oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu, çempionatın adi bir oyunudu. “Neftçi” digər oyunlara necə hazırlaşırdısa, “Bakı” ilə görüşə də elə hazırlaşır. Etiraf edim ki, güclü rəqibə qarşı oynamalı olacağıq. “İnter” üzərində qələbə də göstərdi ki, “Bakı” düzgün yoldadı. Lakin “Neftçi” də qələbə qazanmaq istəyir. Rəqibin oyununu yaxşı analiz etmişik. Fikrimcə, “Bakı”yla bacaracağıq”.