8 mart 2012 02:25
Barcelonadan 7 qol, Messidən poker, APOEL-dən növbəti sensasiya (YENİLƏNİB)
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Belə ki, ilk oyunda çətin qələbəyə sevinən “Zenit” səfərdə “Benfica”nın qonağı olub. Lakin meydan sahibləri 2 cavabsız qol vuraraq, məğlubiyyətin əvəzini çıxmaqla yanaşı, növbəti mərhələyə adlayıblar. “Milan” isə İtaliyada 4 cavabsız qol vurduğu “Arsenal”la qarşılaşıb. London klubu bu oyunda möcüzə etməyə çox yaxın olsa da, ilk yarıda vurduğu 3 qolun davamını gətirə bilməyib və növbəti mərhələyə Milan təmsilçisi adlayıb.
İkinci oyun günündə ÇL-in son qalibi “Barcelona” evdə “Bayer”lə üz-üzə gəlib. Kataloniya təmsilçisi Messinin pokerə imza atdığı qarşılaşmada 7 qolla qələbə qazanaraq, növbəti mərhələyə yüksələn tərəf olub. Lion “Olympique”i isə səfərdə APOEL-lə münasibətlərinə aydınlıq gətirib. Meydan sahiblərinin erkən qolundan sonra tərəflər fərqlənə bilməyiblər. Belədə, qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. Bu lotoreyada da məhz APOEL gülən tərəf olub və bu komanda növbəti sensasiyasını rəsmiləşdirib.
Qeyd edək ki, bu mərhələnin digər görüşləri gələn həftə keçiriləcək: “Real” (İspaniya) - CSKA (Moskva, Rusiya), “Chelsea” (İngiltərə) - “Napoli” (İtaliya), “İnter” (İtaliya) - “Olympique” (Marsel, Fransa), Bayern (Almaniya) - “Basel” (İsveçrə).
Çempionlar Liqası
1/8 final mərhələsi (cavab oyunları)
6 mart
Arsenal (İngiltərə) – Milan (İtaliya) - 3:0 (ilk oyun 0:4)
Qollar: Koşçielni, 7, Rosiçki, 26, Van Persi, 43.
Benfica (Portuqaliya) - Zenit (Rusiya) - 2:0 (2:3)
Qollar: M.Pereyra, 45, Oliveyra, 90.
7 mart
APOEL (Kipr) - Olympique (Lion, Fransa) - 1:0 (penaltilərlə 4:3) (0:1)
Qol: Manduka, 9.
Barcelona (İspaniya) - Bayer (Almaniya) - 7:1 (3:1)
Qollar: Messi, 25; 42; 50; 58; 84, Telyo, 55; 62 - Bellarabi, 90.
