7 mart 2012 13:25
Azərbaycan və Gürcüstan futbol üzrə AÇ-2020-nin keçirilməsi üçün ərizə təqdim edəcək
Azərbaycan və Gürcüstan 2020-ci ildə futbol üzrə Avropa çempionatının bu ölkələrdə keçirilməsi üçün ərizə təqdim edəcək. Azerisport.azxəbər verir ki, bunu çərşənbə günü Gürcüstan Prezidenti Mixail Saakaşvili Bakıda, Milli Məclisin deputatları qarşısında çıxışı zamanı bəyan edib.
Qeyd edək ki, UEFA 2020-ci ildə Avropa çempionatı keçiriləcək ölkələrin adını 2014-cü ildə təsdiqləyəcək.(Trend)
