8 mart 2012 02:33
İngiltərə Kuboku: Çelsi və Tottenham mərhələ adladı (YENİLƏNİB)
Futbol üzrə İngiltərə Federasiya Kubokunda 5-ci mərhələnin oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, bu mərhələnin oyunları əslində bir matçdan ibarət idi.
Lakin qaydalara əsasən ilk qarşılaşmada tərəflər 90 dəqiqə ərzində qalibi müəyyən edə bilmədikdə, rəqib meydanında təkrar qarşılaşma keçirilir. 5-ci mərhələdə də iki cütdə qalibi müəyyənləşdirmək mümkün olmamışdı.
İlk oyun günündə “Birmingham”lə “Chelsea” üz-üzə gəlib. Doğma meydanda qələbə qazana bilməyən London klubu bu uğuru səfərdə rəsmiləşdirib. Beləcə, “Chelsea” də adını növbəti mərhələyə yazdırıb.
Son oyun günündə “Tottenham”lə “Stevenage” üz-üzə gəlib. Meydan sahibləri bu dəfə qələbə qazanmaqla, mərhələ adlamağı bacarıb.
Qeyd edək ki, Federasiya Kubokunun 6-cı mərhələsində aşağıdakı cütlüklər qarşılaşmalıdı:
Everton – Sunderland
Tottenham – Bolto
Chelsea - Leicester City
Liverpool - Stoke City
İngiltərə Federasiya Kuboku
5-ci mərhələ (təkrar oyunlar)
6 mart
Birmingham – Chelsea – 0:2 (ilk oyun 0:0)
Qollar: Mata, 54, R.Meyreleş, 60.
7 mart
Tottenham – Stevenage - 3:1 (0:0)
Qollar: Defo, 26; 75, Adebayor, 55-pen. - Birom, 4-pen.
