7 mart 2012 18:55
Qurban Qurbanov: Simurq yüksək yerlər tutmağa layiqdi
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın təxirə salınmış 19-cu turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı komandasının 2:0 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Baxımlı oyun alındı. "Simurq" mənim üçün sevimli komandadı. Həmişə yüksək yerlər tutmağa layiqdi. Hər iki komanda əla oynadı. Qarşıdakı oyunlarda "Simurq"a uğurlar arzulayıram”.
