7 mart 2012 19:15
“Xəzər Lənkəran kimi güclü komanda ilə normal oynadıq”
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın təxirə salınmış 19-cu turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Tovuz klubunun çalışdırıcısı komandasının 0:1 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Erkən qol buraxmağımız oyunumuza təsir etdi. Bir neçə qol imkanımız olsa da, bundan yararlana bilmədik. Belə güclü komanda ilə normal oynadıq. “Xəzər Lənkəran” klubuna uğurlar arzulayıram”.
