7 mart 2012 19:18
Kavlakdan etiraf: Kəpəz baxımlı oyun nümayiş etdirdi
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın təxirə salınmış 19-cu turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ klubunun türkiyəli çalışdırıcısı komandasının 2:3 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Çox gözəl oyun keçdi. “Kəpəz” baxımlı oyun nümayiş etdirdi. Onları qələbə münasibətilə təbrik edirəm. Qarşıda bizi ilk altılığın oyunları gözləyir. Daha yaxşı oynamağa çalışacağıq”.
