7 mart 2012 19:23
“Bu, bizə hücum futbolu oynamağa imkan verdi”
“Kəpəz”in baş məşqçisi Fuad İsmayılov Premyer Liqanın təxirə salınmış 19-cu turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı komandasının 3:2 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“İlk qoldan sonra rəqib azlıqda qaldı. Bu da bizə hücum futbolu oynamağa imkan verdi. İkinci hissədə gözəl oyun nümayiş etdirdik və qalib gəldik”.
