7 mart 2012 19:26
“Sevinirəm ki, buraxılan qolların sayı 10 olmadı”
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Premyer Liqanın təxirə salınmış 19-cu turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Sumqayıt klubunun çalışdırıcısı komandasının 3:6 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Azarkeşlər üçün maraqlı oyun oldu, bu oyunda 9 qol izlədik. Komandamın oyununu bəyənmədim, müdafiədə səhvlər buraxdıq. Sevinirəm ki, buraxılan qolların sayı 10 olmadı. İlk 3 qolu rəqibə “hədiyyə” etdik. Bundan sonra oyunun gedişini dəyişmək çətin oldu. Bu oyun göstərdi ki, komandada dəyişikliklər labüddür”.
