7 mart 2012 19:29
“Əsas hədəfimiz ölkə kubokunu qazanmaq olacaq”
AZAL-ın baş məşqçisi Rafiq Mirzəyev Premyer Liqanın təxirə salınmış 19-cu turunun “Sumqayıt”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 6:3 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Oyuna ciddi yanaşmışdıq. “Sumqayıt” klubunun bir çox oyunçusu U-21 milli komandasının üzvüdü. “Sumqayıt”la açıq oyun getdi. “Altılıq”dan kənar qaldıq, bu 3 xal bizim üçün gec oldu. Bundan sonra əsas hədəfimiz ölkə kubokunu qazanmaq olacaq”.
