7 mart 2012 19:32
Böyükağa Hacıyev: Hər şey göz qabağında idi
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın təxirə salınmış 19-cu turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 3:1 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Komandam bu gün yaxşı təsir bağışladı. İlk hissədə erkən qol vurmağımız da xeyrimizə oldu. İlk hissədə 3 qol vursaq da, fasilədən sonra komandada arxayınçılıq var idi. Ancaq yenə də komandamın oyunundan razı qaldım. Əsasən də gənc futbolçuların oyununu bəyəndim. "Neftçi" haqda çox danışmaq istəmirəm. Hər şey göz qabağında idi”.
